AFFA-dan beş komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasının “Şamaxı” – “Mil” FK matçının 55-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Təmraz Əmircanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Mil”in futbolçusu Orxan Əliyevin kobud oynadığına görə 2 oyun cəzalanıb.

Region Liqasının “Şəki” – “Oğuz” matçının 34-cü dəqiqəsində “Oğuz”un futbolçusu Samir Əliyev hakimə qarşı təhqiredici işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 90+2-ci dəqiqəsində “Oğuz”un futbolçusu Elnur Qafarov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Region Liqasının “Neftçala” – “Alyans” matçının 14-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Emil Tağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 41-ci dəqiqəsində “Alyans”ın futbolçusu Kamran Abdullazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 86-cı dəqiqəsində “Alyans”ın futbolçusu Cəmil Rəhimli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Region Liqasının “Babək” – “Əlincə” matçında “Babək”in futbolçusu Zaman Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının “İsgəndər Cavadov BFA” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “İsgəndər Cavadov BFA”-nın futbolçusu Ruslan Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 68-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mübariz Hüseynzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 82-ci dəqiqəsində “İsgəndər Cavadov BFA”-nın futbolçusu Uğur Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Füzuli” – “Ağsu” matçının 55-ci dəqiqəsində “Füzuli”nin futbolçusu Etibar Hüseynzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Leon” FK – “Xətai” FK matçının 55-ci dəqiqəsində “Xətai”nin futbolçusu Miraqşin Abasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Neftçi” PFK – “Səbail” FK matçının 70+3-cü dəqiqəsində “Səbail”in futbolçusu Mirşahbaz Şahbazov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasının “Gəncə TİM” – “TİM Gəncə” matçının 19-cu dəqiqəsində “TİM Gəncə”nin baş məşqçisi Ceyhun Tanrıverdiyevin hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-12 Liqasının “Kəpəz” PFK – “Qoşqar UGİM-2” matçında “Qoşqar UGİM-2” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Fireland Football Club” – “Neftçi İK İB” matçında “Fireland”in futbolçusu Okan Musalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının “Məhsul” – “UGİM” (Neftçala) matçının 36-cı dəqiqəsində “Məhsul”un baş məşqçisi Elçin Əsgərov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-12 Liqasının “UGİM”(Xocavənd) – “Azəryol Bəhramtəpə” matçında UGİM klubu lisenziyaları təqdim etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Təhsil” (Saatlı) – “Şirvan” matçının 24-cü dəqiqəsində “Təhsil”in futbolçusu Kamal Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-11 Liqasının “Veqa” – “Əlincə” matçında “Əlincə” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Uğur” – “Ərgünəş” matçı başa çatdıqdan sonra “Ərgünəş”in baş məşqçisi Firdovsi Mehralıyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-13 Qızlar Liqasının “Balakən” – “Zaqatala” matçında “Zaqatala”nın heyətində yetərsay limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan liqasının I dəstəsinin “Ajax Baku” – “Veqa” matçında “Veqa” komandası ikinci hissəyə çıxmadığına görə kluba texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb - 0:17.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Zülfüqar” – “Zirvə” matçının 13-cü dəqiqəsində “Zülfüqar”ın futbolçusu Zaur Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Təbriz” – “Gənclik” matçının 30-cu dəqiqəsində “Gənclik”in futbolçusu Şəhriyar Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, “Emin Spor” – “Baker Tilly” matçının 28-ci dəqiqəsində “Emin Spor”un futbolçusu Bəhram Vahidli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, “Baku Fire-2” – “Rayyan” MFK matçının 22-ci dəqiqəsində “Baku Fire-2” klubunun futbolçusu Məlik Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Neftçi” İK – “Yasamal” İSK matçının 37-ci dəqiqəsində “Yasamal İSK” klubunun futbolçusu İbad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Xızı Futzal” – “Baku Fire” matçının 17-ci dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Rəvan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, “Marafon” – “EKOL” matçının 31-ci dəqiqəsində “Marafon”un futbolçusu Seymur Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Tarix: 11 Dekabr [16:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2020
24  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio