Zeynəb Məmmədyarova deputatlığa namizəd olacaq

Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə beynəlxalq qrossmeysterin özü məlumat verib. 36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək.

 

Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib (qafqazinfo).

Tarix: 11 Dekabr [21:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio