"Mançester Yunayted" "Sportinq"in ulduzunu transfer edir

12:03 - 13 Yanvar 2020

"Mançester Yunayted"in yayda heyətinə qatacaq futbolçulardan biri müəyyənləşib.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernadeşin transferində anlaşma əldə edib. Bu keçid Mançester təmsilçisinə 65 milyon funt-sterlinqə başa gəlib. Portuqaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçunun illik maaşı 6 milyon avro olacaq.

 

Lissabon klubu Fernandeşi 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.

Xəbər xətti