"Dünən kənddə inəklərlə idim, bu gün isə Messi ilə birgəyəm" - Kike Setyen təyinatından danışdı

"Barselona"nın yeni baş məşqçisi təyin edilən Kike Setye açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis "Barselona"nı çalışdırmağın böyük yuxu olduğunu bildirib:

 

"Dünən kəndimizdə inəklərin arasında idim, bu gün isə dünyanın ən yaxşı futbolçuları ilə birgə məşqə çıxıram. Bu, inanılmaz duyğudur. Ən yaxşı yuxularımda belə bir hadisəni gözləmərəm. Dünyanın ən yaxşı futbolçusu olan Lionel Messinin baş məşqçisi olacam. Hələ nə baş verəcəyini bilmirəm. "Barselona", Messi... 

 

"Barselona"nın mənə bu fürsəti verməsinə görə təşəkkür edirəm. Mənim üçün böyük fürsətdir. Hər kəs komandalarımın necə oynadığını bilir. Məqsədim bütün titulları - La Liqa, Çempionlar Liqası və Kral kubokunu qazanmaqdır. İndi çox həyəcanlıyam. Qısa müddətdə yarışa daxil olub, "Barselona" ilə çox şeylər qazanmaq istəyirəm".

 

Setyen sələfi Ernesto Valverdeyə təşəkkür edib: "Valverdenin burda gördüyü işlərə böyük önəm verirəm. Onunla danışmağa çalışacam və burda gördüyü işlərdən faydalanmağa çalışacam. Valverdeyə mənə La Liqada lider olan komandanı təhvil verdiyi üçün təşəkkür edirəm".

 

İspaniyalı çalışdırıcı komandada intizama xüsusi önəm verəcəyini sözlərinə əlavə edib: "Çalışmaq və intizamlı olmaq xüsusi amildir. Bunu birgə edəcəyik. İntizamlı olub, çox çalışacağıq".

Tarix: 14 Yanvar [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio