Zaur Həşimov: "Planı buna uyğun qurmuşuq"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalyadakı təlim-məşq toplanışında Rumıniyanın "Sepsi" klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq. İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik. Ümumi götürsək, oyun pis alınmadı. Topu özümüzdə saxlamağa çalışdırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budur ki, qol buraxmadan qələbə qazandıq".

Tarix: 16 Yanvar [19:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio