Pedro qol vurdu, Prosineçkinin Super Liqaya dönüşü gözündən gəldi - VİDEO

01:23 - 19 Yanvar 2020

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Kayserispor" yeni baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında Super Liqada ilk matçını keçirib. Komanda səfərdə "Alanyaspor"a 1:5 hesabı ilə uduzub. Kayserililərin yeganə qolunu "Qarabağ"ın keçmiş üzvü Pedro Enrike vurub.

 

Azərbaycan millisinin sabiq baş məşqçisi daha öncə 2012-2013-cü illərdə "Kayserispor"u çalışdırıb.

 

Super Liqada turnir cədvəlinə 37 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 36 xalla 2-ci, "Fənərbaxça" 34 xalla 3-cü, "Alanyaspor" 32 xalla 3-cüdür. 10 xalı olan "Kayserispor" sonuncu - 18-ci sırada qərarlaşıb.

 

"Alanyaspor" - "Kayserispor" - 5:1

Qollar: Georgios Tzavellas, 38, Anastasios Bakasetas, 59, Papiss Sisse, 62, Junior Fernandes, 84, 90+2 - Pedro Enrike, 87

 

Xəbər xətti