Faciəvi ölümdən bir il keçdi

2019-cu ilin yanvarın 21-də Fransanın "Nant" klubundan İngiltərə təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında qəzaya uğramışdı. 

 

Həmin faciəvi qəzanın 1 ili tamam olur.

 

28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə Britaniyaya qayıdarkən La-Manş boğazında radardan itmişdi.

 

Fevralın 6-da argentinalı forvardı Kardiffə aparan təyyarə La-Manş yatağının dərinliklərində tapılmışdı. Təyyarənin içində olan cəsədin Emiliano Sala olduğu təsdiqlənmişdi.

 

<img alt="Image result for emiliano sala" "="" data-cke-saved-src="https://en.as.com/en/imagenes/2019/01/30/football/1548857247_758908_1548858052_noticia_normal.jpg" src="https://en.as.com/en/imagenes/2019/01/30/football/1548857247_758908_1548858052_noticia_normal.jpg">

 

Aprelin 26-da mərhum futbolçunun atası Horasio Sala oğlunun vəfatına dözmədi. O, ürək tutmasından vəfat etmişdi.

 

"Nant" klubu Salanın 9 nömrəli formasını əbədiləşdirib. Bundan sonra komandada heç bir futbolçu bu nömrə altında çıxış etməyəcək.

 

Argentinanın "San Martin Proqreso" klubu stadionuna Emiliano Salanın adını verib. Stadionun adı mərhum futbolçunun doğum günü - oktyabrın 31-i dəyişdirilib. Stadionda keçmiş hücumçunun fotoları yerləşdirilib.

 

Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

 

Tarix: 21 Yanvar [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio