"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı

11:41 - 22 Yanvar 2020

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində  davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.

 

U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.  

 

Xəbər xətti