Bahodir Əhmədov: "Azərbaycan millisi çox istəkli, aqressiv oyun göstərdi"

Özbəkistanın futzal millisinin baş məşqçisi Bahodir Əhmədov Azərbaycanla yoxlama matçından sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis 3:4 hesablı məğlubiyyəti şərh edib:

 

“Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.

Tarix: 23 Yanvar [00:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2020
16  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio