"Benfika" "Milan"ın təklifini rədd etdi

16:48 - 23 Yanvar 2020

"Milan" "Benfika"nın yarımmüdafiəçisi Florentino Luişi transfer hədəfinə alıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" portuqaliyalı futbolçunun agenti Brunu Karvalyu ilə danışıq aparıb. "Milan" 20 yaşlı futbolçunu 18 aylıq məcburi satın alma şərti ilə icarəyə götürmək istəyib. Agent İtaliya klubunun təklifini klubun diqqətinə çatdırıb. Lakin "Benfika" bu təklifi qəbul etməyib.

 

"Benfika" yetirməsinin keçidi üçün 120 milyon avro tələb edib.

 

Anqola əsilli futbolçu 2019-cu ilin yayında Lissabon klubu ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Luiş bu mövsüm 13 oyuna 1 assist edib.

Xəbər xətti