"Sumqayıt" İran klubu ilə heç-heçə etdi

Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komanda “Kapital Bank Arena”nın ehtiyat meydançasında İranın aşağı liqa təmsilçisi “Rekord” komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sumqayıt-2”-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib.

 

Yoxlama oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Zaur Hidayətov oyun və komandanın təlim-məşq toplanışı barədə fikirlərini bildirib:

 

“Yoxlama görüşü olsa da, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hər hissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadir olduqlarını görə bilək. Ayın 8-dən təlim-məşq toplanışına başlamışıq. Klub toplanış üçün şərait yaradıb. Artıq ikinci yoxlama oyunumuzu keçirdik. İki günlük istirahətdən sonra yenidən məşqləri bərpa edəcəyik. Ayın 30-da isə “Qarabağ”ın əvəzediciləri ilə oyun planlaşdırırıq”.

Tarix: 24 Yanvar [10:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Fevral 2020
25  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio