Baqa "Neftçi"nin təklifini qəbul etməməsinin səbəbini açıqladı

12:19 - 24 Yanvar 2020

Litvanın "Jalqiris" klubunun yeni baş məşqçisi Aleksey Baqa "Neftçi"nin ona təklif göndərməsinə münasibət bildirib.

 

Sportal.az 5min.lt saytına istinadən xəbər verir ki, 38 yaşlı belaruslu mütəxəssis "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olduğunu təsdiqləyib:

 

"Gizlətməyəcəm, klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim. Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".

 

"Neftçi" baş məşqçisi Roberto Bordinlə yollarını ayırıb. "Ağ-qaralar" mövsümün sonuna kimi köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

 

Baqa sonuncu dəfə BATE-ni çalışdırıb.

Xəbər xətti