"Beşiktaş"ın yeni baş məşqçisi məlum oldu

Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubunu bundan sonra Sərgən Yalçın çalışdıracaq. Klub prezidenti Ahmet Nur Çebi "Yeni Malatyaspor"dan ayrılan mütəxəssislə görüşüb. Tərəflər 1,5 illik müqavilənin imzalanmasında razılaşıblar.

 

47 yaşlı mütəxəssis futbolçu karyerasına "Beşiktaş"da başlayıb. O, 1991/1997 və 2002-2006-cı illərdə "qara qartallar"da oynayıb.

Tarix: 27 Yanvar [17:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio