"Feyenoord" Azərbaycan millisinə qol vuran futbolçunu 5 milyona aldı

21:31 - 27 Yanvar 2020

Niderlandın “Feyenoord” klubu hücum xəttinə yeni oyunçu alıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Rotterdam təmsilçisi “Jilina”nın hücumçusu Robert Bojeniki transfer edib. Paytaxt təmsilçisi 20 yaşlı forvardın keçidi üçün 5 milyon avrosundan keçib. Slovakiyalı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Gənc hücumçu yeni klubunda 19 nömrəli formanı geyinəcək.

 

Slovakiya millisinin üzvü AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyunda (2:0) komandasının ilk qolunu vurmuşdu. "Jilina"nın yetirməsi Slovakiya Fortuna Liqasında 58 oyuna 19 qol vurub.

Xəbər xətti