Əmrə Mor Yunanıstan klubuna keçə bilər

14:04 - 31 Yanvar 2020

"Qalatasaray"ın futbolçusu Əmrə Mor Yunanıstanın "Olimpiakos" klubuna keçə bilər.

 

Sportal.az "Gazetta"ya istinadən xəbər verir ki, Afina təmsilçisi 22 yaşlı vingeri heyətinə qatmaq üçün müqavilə ilə məxsus olduğu "Selta" ilə danışığa başlayıb.

 

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmayıb.

 

"Qalatasaray" Əmrə Moru 2019-cu ilin yayında "Selta"dan 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü.

Xəbər xətti