"Qarabağ"ın yeni layihəsi - bölgələrdə də təşkil ediləcək

16:16 - 13 Fevral 2020

"Qarabağ"ın akademiya heyəti bu gün Müşfiqabad qəsəbəsində olub.

 

Sportal.az xəbər verir ki, məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib. Ağdam klubu bu layihəni reallaşdırmaqla komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmağa çalışır.

 

Bu layihə digər bölgələrdə də keçiriləcək.

 

Xəbər xətti