"Zirə"dən ayrılmadılar, əvəzedicilərdə oynadılar

16:57 - 14 Fevral 2020

Divizionun 15-ci turunda "Zirə-2" evdə "Sabah-2"yə 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, "qartallar"ın heyətində əsas komandanın 2 üzvü meydana çıxıb. Bunlar Bəxtiyar Həsənalızadə və yunan futbolçu Anastasios Papazoqludur.

 

Qış fasiləsində "Zirə" ilə Antalya toplanışına aparılmayan futbolçuların komandadan ayrılacağı gözlənilsə də, baş vermədi.

 

Hər iki müdafiəçi mövsümün sonuna qədər "Zirə-2"də oynamağa qərar verib.

 

Xəbər xətti