"Dinamo" Reynaldonu təqdim etdi

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Gürcüstanın "Dinamo" klubuna transfer olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Batumi təmsilçisi 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

 

Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da çıxış etmişdi. O, 2019-cu ilin qış fasiləsində "Aktobe"dən Ağdam klubuna qayıtmışdı. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo Qazaxıstan təmsilçisi "İrtış"la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrılmışdı.

Tarix: 17 Fevral [14:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2020
28  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio