"Liverpul"un kapitanı sıradan çıxdı

17:17 - 19 Fevral 2020

"Liverpul" ciddi itki ilə üzləşib. Komandanın kapitanı Cordan Henderson sıradan çıxıb.

Sportal.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 finalında ötən gecə "Atletiko"ya qarşı səfər matçında (0:1) zədələnib. Əzələsində problem əmələ gələn yarımmüdafiəçi 80-ci dəqiqədə Ceyms Milnerlə əvəzlənib.

Hendersonun nə zaman sıraya dönəcəyi bəlli deyil.

Xəbər xətti