Brunu Fernandeş: "Xəyallarım gerçəkləşdi"

Qış fasiləsində "Sportinq"dən "Mançester Yunayted"ə transfer olan Brunu Fernandeş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu "qırmızı şeytanlar"a keçməklə xəyalının gerçəkləşdiyini bildirib:

 

"İngiltərənin ən böyük klubunda oynayıram. "Mançester Yunayted"də xoşbəxtəm. Bura gəlməklə xəyallarım gerçəkləşdi. Özümü əla hiss edirəm. "Çelsi" ilə oyunda qalib gəldik və qələbələrin ardını gətirməliyik. Topla daha da yaxşı oynaya bilərik".

 

"Mançester Yunayted" portuqaliyalı futbolçunu 55+25 milyon avroya transfer edib.

Tarix: 20 Fevral [13:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio