Del Pyero "Yuventus"da Qvardiolanı arzulayır

16:42 - 20 Fevral 2020

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı veteran oyunçu ispan mütəxəssisi keçmiş komandası "Yuventus"da görmək istədiyini açıqlayıb.

 

"Qvardiola İspaniya, Almaniya və İngiltərədə titullar qazandı. Hesab edirəm ki, sırada İtaliya və Fransa var. Pepi İtaliyada görmək çox maraqlı olar. Futbol bu il çox maraqlı və qaynar keçəcək".

 

"Mançester Siti"nin UEFA-dan 2 illik cəza almasından sonra Qvardiolanın klubdan ayrılacağı iddiaları var.

Xəbər xətti