Mahir Emreli ilə Yevgeni Koçukun cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində “Sabah”ın futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.

 

“Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ”ın futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qarabağ” klubu 400 manat cərimə olunub.

 

“Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qəbələ” klubu 400 manat cərimə olunub.

Tarix: 25 Fevral [15:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio