"Millini Rəşad Sadıqov çalışdırsın" - yığmanın stajlı azarkeşi

21:55 - 25 Fevral 2020

Millinin baş məşqçisi müəyyənləşənədək, hələ ki, gündəmin əsas mövzusu elə millinin baş məşqçisi məsələsidir.

 

Sportal.az xəbər verir ki, namizədlərin qısa siyahısı açıqlansa da, görünür, danışıqlar rəvan getmir. Yoxsa AFFA-nın icraçı vitse-preidenti Elxan Məmmədovun açıladığı kimi, AFFA İcraiyyə Komitəsi artıq yığışıb, məsələni müzakirə etməliydi.

 

Məsələnin yubanma səbəblərindən növbəti məqalələrimizdə geniş bəhs edəcəyik. Hələliksə, tanınmış azarkeş, vaxtilə AFFA-nın sorğusuna əsasən, ilin azarkeşi seçilmiş, İlqar Həmzəyevin də fikirləri maraqlıdır: “Mən həmişə əcnəbi məşqçi tərəfdarı olmuşam. Amma arxada qalan zaman bizə göstərdi ki, bu, fayda vermir”.

 

Bəs nə edək?

 

Millinin ən stajlı azarkeşin təklifi budur ki, yığma Rəşad Sadıqova həvalə edilsin. O, öz fikirlərini belə əsaslandırır: “Sadıqov Azərbaycan millisinin çalışdırmış ən məşhur əcnəbi mütəxəssislərin dövründə milli forması geyinib. Karlos Aberto Torres, Berti Foqts, Robert Prosineçki. Hamısının da ən çox istədiyi oyunçu Rəşad olub. Onlar bunu açıqlamalarında bidiriblər. Hətta hamımız bilirik ki, Prosineçki millidə yenidən çalışmağa Sadıqovla birgə işləyərsə, razılıq verəcəyini bildirib. Bu, çox ciddi nüansdır. Deməli, Rəşad idarə etməyi, ünsiyyət qurmağı, lider olmağı yaxşı bacarır. Bu saat bizə elə bir adam lazımdır. Ambisiyalı, enerjili olsun. Bütün vaxtını və gücünü Azərbaycan milli komandasını yenidən qurmağa sərf etsin. Ancaq bir şərtlə, AFFA azı 1-2  il nəticə barədə tələb qoymasın. Bizim elə futbolçu bazamız yoxdur ki, nəticə versin. Sırf yeni bir komanda formalaşdırmaq lazımdır. Bunu da hamıdan yaxşı Rəşad Sadıqov bacarar” (futbolpress.az).

Xəbər xətti