Jelko Sopiç: "Hakim deyiləm ki, qərarların doğruluğu barədə danışım"

Azərbaycan Premyer Liqasında XIX turun “Qarabağ” – “Sabah” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Hər iki komandanı təbrik edirəm. “Qarabağ” çox yaxşı kolletivdi. Futbolçularıma demişdim ki, 1-2 fürsətimiz olacaq. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Turnir cədvəlində 1-ci yerdə olan komandaya qarşı oynayanda gərək yaxşı qapıçın və bir az da uğurun olsun. Şans bu gün yanımızda idi.

 

- Zədəli Ruslan Abışovun durumu necədi?
- Mən bura gəlməzdən əvvəl onun zədəsi var idi. Əzələ zədəsi məşqlərdən sonra özünü daha da göstərməyə başladı. Türkiyədə bu, özünü yenidən büruzə verdi. Onda zədədən əlavə psixoloji narahatlıq da var. Biz istəyirik ki, yavaş-yavaş komandaya qoşulsun. Birdən-birə qoşulsa yenidən onu 2 aylıq itirə bilərik. Bunu istəmirik. Bütün oyunçular bizim üçün önəmlidi, eyni zamanda kapitanımız da.

 

- Nəticə ürəyinizcədi, bəs oyun sizi razı saldı?
- “Qarabağ”da Zubir, Romero kimi ekstira keyfiyyətə malik futbolçular var. “Zirə” kimi onlara qarşı açıq oynasaq, 0:6 hesablı məğlubiyyət qaçılmaz olardı. Bu gün futbolçularımız meydanda hər şeylərini qoydular. Qapıçımız real epizodda bizi xilas etdi. Şanslıyıq ki, Stamenkoviç kimi qapıçımız var. Digər tərəfdən, təbii ki, hər məşqçinin oyundan əvvəl düşüncələri olur. Matçdan öncə rəqib üçün də, bizim üçün də aydın olmayan məqamlar var idi.

 

- Sayılmayan qol barədə nə deyə bilərsiz?
- Mən heç vaxt hakimlər haqda, situasiyalar barədə danışmıram.

 

- Məlumatınız varmı ki, təmiz qol idi?
- Belə informasiyam yoxdu. Biz məşqçiyik, hakim deyilik ki, qərarların doğruluğu haqda danışaq.

Tarix: 29 Fevral [20:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio