"CBC Sport" istədi, "Zirə" yandırdı

15:45 - 1 Mart 2020

Azərbaycan Premyer Liqasının XIX turunda "Zirə" "Qəbələ"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, günorta saatlarında keçirilən matçda diqqətçəkən məqam Zirə İdman Kompleksinin stadionunun projektorlarının yanmasıdır.

 

Bu, matçın yayımçısı "CBC Sport"un istəyi ilə edilib. Kanal buludlu hava şəraitində keçirilən matçda görüntü keyfiyyəti üçün klubdan projektorların yandırılmasını xahiş edib. "Zirə" tərəfi bunu qəbul edib.

Xəbər xətti