Renat Dadaşova koronavirus qadağası

16:45 - 4 Mart 2020

"Vulverhempton" dünyada sürətlə yayılan koronavirus epidemiyasına qarşı tədbir görməyə başlayıb.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi futbolçularla azarkeşlərin münasibətinə məhdudiyyətlər qoyub. Komanda üzvlərinə azarkeşlərə avtoqraf vermək, onlarla şəkil çəkdirmək qadağan olunub. Futbolçulara və klubda çalışan hər kəsə ictimai tədbirlərdən, şəxsi görüşlərdən mümkün qədər imtina etmələri, əllə görüşməmələri məsləhət görülüb.

 

Azərbaycan millisinin hücumçusu hücumçusu Renat Dadaşov da "Vulverhempton"un U-23 komandasında çıxış edir.

Xəbər xətti