Bəhlul Musrafazadə: "Rəqiblərin gücü məqsədimizi dəyişə bilməz"

18:43 - 4 Mart 2020

"Rəqibin kimliyinin mənim üçün elə də əhəmiyyəti yoxdur".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Bəhlul Mustafazadə deyib. 23 yaşlı müdafiəçi Millətlər Liqasının püşkünə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan yığmasının hədəfi qrupdan çıxmaq olacaq:

 

“Hansı komandalarla düşməyimizdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxacağıq. Püşk yığmamıza Monteneqro, Lüksemburq və Kipri rəqib etdi. Bu millilərin oyunu ilə o qədər də tanış deyiləm, analiz etmək üçün hələ vaxtımız var. Amma komandaların gücü məqsədimizi dəyişə bilməz. Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxaq" (apasport.az).

Xəbər xətti