ABŞ klubu Aqollini saxlayır

ABŞ-ın "Nyu-York Kosmos" klubu "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini komandada saxlamaq fikrindədir.

 

Sportal.az xəbər verir ki, aşağı liqa klubu 37 yaşlı müdafiəçi ilə müqaviləni uzatmaq istəyir. Komandanın baş məşqçisi Karluş Mendeş alban müdafiəçi ilə danışıqlar aparılacağını deyib: "Aqolli ötən il komandanın böyük hissəsi idi. Məşqlərdə olması xoşdur. Gənc futbolçular üçün belə oyunçular çox vacibdir. Ansi əsl peşəkardır".

 

Aqolli də "Nyu-York Kosmos"da qalmaq istədiyini bildirib: "Bu komanda üçün hər şeyimi verə biləcəyimi düşünürəm. Peşəkar və intizamlı olsanız, yaxşı məşq edə və özünüzü istənilən səviyyədə saxlaya bilərsiniz. Komandanın bu il hədəflərinə çatması üçün çox şey verə biləcəyimi düşünürəm".

 

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, 2019-cu ildə ABŞ klubuna keçmişdi.

Tarix: 5 Mart [11:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2020
28  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio