Yenə veterandan gənclərə riyakarlıq... - YAZI

Milli komandaya baş məşqçi mövzusu əsas müzakirə məsələsidir. Son ərəfələr futbol ictimaiyyəti, cəmiyyət bu haqda təkliflərini səsləndirir, müzakirələrdə iştirak edir və s.

 

Novruzadək AFFA İcraiyyə Komitəsinin toplaşıb optimal qərar verəcəyi gözlənir. Yəqin ona qədər də assosiasiya  müzakirələri diqqətlə izləyib, müşahidə aparacaq.

 

Lakin...

 

Assosiasiyaya bir neçə veteranın dediklərinə diqqət yetirməməyi məsləhət görürük. Xüsusən biri var, onun bu mövzuda dediklərini yerli-dibli “ctrl+a” edib, “delete” etməyinizi xahiş edirik. O, Ağasəlim Mircavadovdur.

 

O və onun qismində bir çox veteranın içindəki kin və riyakarlıq zəhmətkeş, inkişafa can atan gənc məşqçilərin irəliləməsini görəndə onları daxildən “yeyib” parçalayır.

 

Gənc mütəxəssislərin parlamasını istəməyən, onların haqqında indiyədək bir kəlimə xoş söz, motivasiya xarakterli açıqlama verməyənlər toplusunun önündə gedən Mircavadov “sportinfo”ya açıqlamasında görün, nə deyir:

 

- Bəs yerli baş məşqçinin olmasına nə deyirsiniz?

- Mən bu sözü 1992-ci ildə demişəm ki, millidə yerli baş məşqçi olmalıdır. Onu da hazırlamaq lazımdır. Yığmanın imici var. Onu biz hamımız - xalq, azarkeşlər saxlamalıyıq.

 

1992-ci ildən deyirmiş. Bahooo..
Yerli baş məşqçi lazımdır. Aha.. OK! Bura qədər hardasa, normala yaxındır. “Onu da hazırlamaq lazımdır” – bəs bu, nə deməkdir?

 

- Hazır yerli gənc baş məşqçi yoxdur?

- Mən cavan, yaşlı söhbəti etmirəm. Amma milli komandaya gələn məşqçinin milli təcrübəsi olmalıdır. Bizdəki gənc məşqçilərin heç biri millidə işləməyib. Fəaliyyətləri ancaq klublarda olub. Klub məşqçisi ayrıdı, yığma məşqçisi ayrı.

 

Yerli gənc baş məşqçilər niyə yoxdur? Bəs hazırda APL-dəki 8 əksəriyyətini gənc mütəxəssislər çalışdırmırmı? Hörmətli millinin tarixində ən böyükhesablı məğlubiyyətin səbəbkarı baş məşqçi, siz harda yetişib, milliyədək irəliləmişdiniz? Klubda, eləmi? Bu nə məntiqdir bəs? Sizin deməyinizdən bu çıxır ki, daha kimsə klubda yetişib milliyə baş məşqçi ola bilməz? Yalnız vaxtilə millini çalışdırmış baş məşqçilər olmalıdır namizəd? Öz dediyinizə özünüz gülün, ya da özünüz ağlayın; bizdən uzaq... Ümumiyyətlə, Məşqçilər Komitəsində olduğunuz müddətdə hansısa gənc məşqçinin yetişməsinə dair proqramınız, təklifiniz, meyarlarınız olubmu?

 

İndi keçək növbəti sual və cavaba, orda məlum olacaq ki, sizin işiniz-gücünüz, “rəhbərlik bilər” demək olub, başqa  heç bir  “dvijeniya” etməmisiniz...

 

- Sizcə, hansı yerli baş məşqçi millidə işləyə bilər?

- Bunu mən təyin etmirəm. Ona görə də bu haqda bir söz deyə bilmərəm. Siz qərar verə bilərsiniz ki, hansı yerli baş məşqçi millidə işləyə bilər?

 

“Hansı işləyə bilər” sualına, “Bunu mən təyin etmirəm” cavabını vermək ayıbdır. Çünki bu sualda soruşulanla verilən cavabın arasında heç bir məntiqi əlaqə yoxdur. Ümumiyyətlə, cavablardakı pərakəndəliyə, dağınıqlığa, pintiliyə fikir verin... Necə də riyakarlıq zibilliyi...

 

Davam edək. Riyakarlığın pik nöqtəsi burdadır.

 

- ... Amma mətbuatda, azarkeşlər arasında Rəşad Sadıqov, Samir Abasov və Ayxan Abbasovun adı daha çox çəkilir ...

- Bu adı çəkilənlər klubda nəsə ediblər? Bir daha qeyd edirəm, yığmanın imicini qorumaq üçün təcrübəli baş məşqçi olmalıdır. İndi rəhbərlik kimi məsləhət bilər, o da olar.

 

Rəhbərlik qulları. Sizin futbol kimliyinizə hörmət qoymadığınızı gözümüzün qarşısında Rövnəq Abdullayevin qarşısına uşaq kimi qaçaraq, qəribə hərəkətlərlə görüşüb, sevinc hissində özünüzü itirməyinizi görəndə anlamışdım.

 

Hə, rəhbərlik özü bilər. Oturun, rəhbərliyin fətvasını gözləyin. Əbədiyyən... Hər hansı fikriniz olmamalıdır. “Millini təcrübəli baş məşqçi çalışdırmalıdır” söhbətindən başqa.

 

Təcrübəlilərimizi görmüşük. Siz heç təcrübəliləri də istəmirsiniz.  Qəti şübhəm yoxdur, sizə təklif etsələr, millinin baş məşqçisi olmağa elə razılaşarsınız ki. Bu qədər çək-çevirli, vurnuxmalı cavablarınızın səbəbi də məhz budur. 180 manatlıq təqaüdə görə AFFA-da hay-həşir qopardıb, Rövnəq Abdullayevdən bu sözlərin üzünüzə çırpılmasına bais olmuş tipsiniz. Bu sözlərlə də yazını bitirirəm: “Ayıbdı, vallah! Deyirsiniz ki, AFFA məni nəzərə almır, maddi vəziyyətim pisdir. İlinə  450 min “Xəzər Lənkəran”dan alırdınız, ondan əvvəl də bir qədər az “Neftçi”dən. Siz çox yaxşı qazanmısınız futboldan. İndi 180 manata görə belə hay-küy salmaq yaxşı olmadı, biz osuz da təqaüdləri ayıracaqdıq”.

 

Elçin Cəlilov / futbolpress.az.

 

P.S.  Bunlar bir qövmdürlər. Ağzını açan kimi, “Biz Azərbaycan futboluna xidmət etmişik” deyib, imkanların ən yaxşısını sümürməyi güdürlər. Heç vaxt irəliyə aparan nəsə etməyiblər. Futbol oynayanda da, məşqçi işləyəndə də ən yüksək şəraitdə dolanıblar. Hərəsi yüzminlər qarşılığında ortaya fındıq boyda iş qoymayan bir yığın “rəhbərlik özü bilər” tipləri.

 

Xidmət sözünü dilinizə gətirməyin. Ölkə futboluna nizamsız axan pul kütləsini sümürənlər dəstəsi olaraq, heç biriniz aldığınız pulların yarısının dəyərinə layiq deyildiniz. Xidmət maddi qarşılığı olmadan görülən işə deyilir. Sizin nəinki məvacibiniz, adi təqaüdünüz gecikən kimi həşiriniz göyün yeddinci qatına çıxır. Oynamısınız, layiq olmadığınız pulları almısınız, məşqçilik etmisiniz, nəticə vermədən yüzminlər qatlamısınız. Sizin işiniz sağlam olsaydı, indi Azərbaycan millisi keyfiyyətli futbolçu sarıdan can çəkişməzdi. Xidmət ediblərmiş. Təqaüdünüzü alın, qaxılıb, oturun yerinizdə. Arada sizə diktofon uzadılanda da "rəhbərlik bilər" deyin, sonra mumlayın. Çox danışanda bulayırsınız.

Tarix: 5 Mart [11:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio