Nicat Qurbanov "Samtredia"ya qələbə qazandırdı

18:08 - 7 Mart 2020

Gürcüstan yüksək liqasında 2-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Nicat Qurbanovun çıxış etdiyi "Samtredia" evdə Kutaisi "Torpedo"suna 1:0 hesabı ilə qalib gəlib.

 

Nicat oyuna start heyətdə başlayıb və sonadək oynayıb. "Samtredia"nın yeganə qolunu Nicat Qurbanov vurub. O, 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

 

Bununla da "Samtredia" bu mövsüm ilk qələbəsini qazanıb.

Xəbər xətti