Naqelsmann: "Mourinyo qədər kubok qazanacağımdan şübhəliyəm"

Almaniyanın "Leyptsiq" klubunun baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 finalıda "Tottenhem"lə cavab oyunu öncəsi mətbuat konfransında fikrini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı alman mütəxəssis rəqibin baş məşqçisi Joze Mourinyo barədə də danışıb:

 

"Tottenhem"lə oyun xüsusi olacaq. Elə də gərgin deyiləm. İlk oyunda yaxşı nəticə qazandıq. "Tottenhem" üzərində yenə qalib gəlib, növbəti mərhələyə çıxmaq istəyirik. Joze Mourinyonu ilk oyunda məğlub etdiyimi düşünmürəm. "Tottenhem"i mübarizədən kənarlaşdırmağın daha gözəl olacağını fikirləşirəm. Öncə də demişdim ki, mən Mourinyonun səviyyəsindən çox uzağam. Karyeramda onun qədər kubok qazanacağımdan şübhəliyəm".

 

"Leyptsiq" ilk oyunda "Tottenhem"ə Londonda 1:0 hesabı ilə qalib gəlib. Cütün cavab oyunu bu gün Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Tarix: 10 Mart [16:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio