"Xetafe" "İnter"lə oyun üçün İtaliyaya yollanmaqdan imtina etdi

İspaniyanın "Xetafe" klubu Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə səfərdə keçirəcəkləri matç üçün İtaliyaya yollanmaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Anxel Torres məlumat verib: "Əgər məğlub olmaq məcburiyyətində olsaq, bunu qəbul edəcəyik. Amma sağlamlığımızı təhlükəyə atıb, İtaliyaya yollanmayacağıq. UEFA-ya oyunla bağlı müraciət etmişik. Ən doğru qərar matçı təxirə salmaqdır".

 

"İnter" - "Xetafe" matçı martın 12-də keçiriləcək. UEFA bu görüşün azarkeşsiz keçirilməsinə qərar verib.

Tarix: 11 Mart [11:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 İyul 2020
3  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio