Çempionlar Liqası və Avropa Liqası dayandırıldı

16:11 - 12 Mart 2020

UEFA təşkil etdiyi yarışları dayandırıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının oyunları Avropanı cənginə alan koronavirusa görə təxirə salınıb. Qitə futbol qurumu rəsmi qərarı tezliklə açıqlayacaq.

 

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 6 oyun keçiriləcəkdi. Bu matçların 4-nə azarkeş buraxılmayacaqdı. "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" matçları isə təxirə salınmışdı.

 

Çempionlar Liqasının 1/ 8 final mərhələsinin nöbəti 4 oyunu gələn həftəyə planlaşdırılmışdı.

Xəbər xətti