Mikel Arteta koronavirusa yoluxdu

11:08 - 13 Mart 2020

“Arsenal”ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, London klubu ispan mütəxəssisin testlərinin müsbət çıxdığını açıqlayıb. 37 yaşlı çalışdırıcı ilə son günlərdə təmas quran hər kəs karantinə alınıb.

 

“Arsenal”ın İngiltərə Premyer Liqasının 30-cu turunda “Brayton”la qarşılaşacağı matç təxirə salınıb.

Xəbər xətti