“Rəşad Sadıqovla Azərbaycan futbolunda yeni səhifə açmaq lazımdır”

“Məncə, bu dəfəki qrup daha güclüdür. Çünki Monteneqro, Kipr və Lüksemburq milliləri Malta, Farer adaları və Kosovodan güclüdür. Ona görə də çətin olacaq”.

 

Sportal.az xəbər verir ki, bunu Azərbaycan milisinin sabiq baş məşqçisi Qyoko Haciyevski deyib. BƏƏ-də “Emirates”i çalışdıran makedoniyalı 64 yaşlı mütəxəssis Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda mübarizə aparan Azərbaycan millisinin şanslarını dəyərləndirib.

 

O bildirib ki, hər 3 rəqib güclüdür: “Monteneqro çox yaxşı komandaya malikdir. İtaliya, İspaniya və Fransada futbolçuları oynayır. Stefan Yovetiç, Stefan Saviç, Nikola Vukçeviçi buna misal gətirmək olar.

 

Məncə, Azərbaycan millisinin qrupunda əsas favorit elə bu komanda olacaq. Kipr də futbol ölkəsidir. Yerli liqaları güclüdür, APOEL, “Anortosis”, “Omoniya” və “Apollon” kimi güclü klubları var.

 

Elə bu komandalar Kipr millisi üçün yaxşı futbolçular verir. Lüksemburq yığmasına gəlincə, onlar əvvəlki kimi deyil. Son illərdə çox yaxşı futbol oynayırlar.

 

Böyük komandalar da onlara qarşı çətin oyun keçirir. Amma Monteneqro və Kipr Lüksemburqdan güclüdür. Unutmayın ki, onlar seçmə oyunlarda sürpriz nəticələr ediblər. Bütün bunların əsasında Azərbaycan millisinin hansı nəticə göstərəcəyini deyə bilməyəcəm. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

 

Haciyevski yığma komandamızın baş məşqçi postuna namizəd olan Rəşad Sadıqov haqda da danışıb. Onun fikrincə, Azərbaycan futbolunda yeni səhifə açılmalıdır:

 

“Rəşad Sadıqov Azərbaycan millisinin baş məşqçisi təyin edilərsə, məncə, yaxşı qərar olardı. Çünki Rəşad bütün azərbaycanlı futbolçuları yaxşı tanıyır. Özü də super futbolçudur, əla kapitandır.

 

Yeri gəlmişkən, şadam ki, vaxtilə onu milliyə qaytardım. Rəşad iddialıdır, sadəcə yığmanın “sükanı arxasına” keçərsə, yaxşı köməkçilər seçməlidir. Azərbaycan futbolunda yeni səhifə açmaq lazımdır” (apasport.az).

Tarix: 14 Mart [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio