UEFA bilet alanların pulunu qaytaracaq

22:58 - 17 Mart 2020

UEFA Avropa çempionatı üçün alınan biletlərin pulunu geri qaytaracaq.
 

Sportal.az xəbər verir ki, qurum bilet alanların 2021-ci ildə AÇ-nin oyunlarını izləməyəcəkləri halda məbləğin qaytarılacağına zəmanət verib.

 

Bileti qaytarmaq fikri olanlara elektron poçt və “euro2020.com/tickets” keçidində məlumat veriləcək.

 

UEFA-nın qərarı ilə Avropa çempionatı koronavirus pandemiyasına görə gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Xəbər xətti