"Trabzonspor" Con Obi Mikellə yollarını ayırdı

01:51 - 18 Mart 2020

"Trabzonspor" yarımmüdafiəçisi Con Obi Mikellə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Nigeriyalı futbolçunun müqaviləsi 2021-ci ilin yayında bitirdi.

 

Obi Mikel 2019-cu ildən "bordo-mavililər"də çıxış edirdi. O, bu mövsüm 27 oyun keçirib.

Xəbər xətti