Fatih Terim və köməkçiləri koronavirusa yoluxdu

23:34 - 23 Mart 2020

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə köməkçiləri - Hasan Şaş, Ümit Davala və bir futbolçu koronavirusa yoluxub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, onların testi müsbət çıxıb. Fatih Terim açıqlamasında karantində olduğunu deyib:

 

“Koronavirus testi müsbət çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa vaxtda xəbərləşmək ümidi ilə”.

 

Bu gün İstanbul təmsilçinin vitse-prezidenti Abdurrahim Albayrak və onun həyat yoldaşı Şükran Albayrak da koronavirusa yoluxmuşdu. Koronavirusa yoluxan futbolçunun adı isə açıqlanmayıb.

Xəbər xətti