Çempionlar Liqasının davam etdirilməsi üçün 2 plan təklif edildi

UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının davam etdirilməsi üçün işçi qrupları ayırıb.

 

Sportal.az xəbər verir ki, işçi qruplar Çempionlar Liqasının davam etdirilməsi üçün planlar hazırlayıb:

 

A) 1/4 final və 1/8 finalın yarımçıq oyunları azarkeşsiz keçiriləcək. Yarımfinaldakı komandalar "four-final" (Dördlər finalı) sistemi ilə İstanbulda qarşılaşacaqlar. 3 oyundan ibarət "Dördlə finalı"nda çempion müəyyənləşəcək;

 

B) 1/8 finalın yarımçıq oyunları azarkeşsiz keçiriləcək. 1/4 finalın 8 iştirakçısı İstanbulda 2 qrupa bölünəcək. Hər qrupda 3 oyun keçiriləcək. Qrup liderləri finalda qarşılaşacaq və qalib çempion olacaq.

 

Çempionlar Liqasında böyük maliyyə ayrıan sponsorlar yarışın ləğv edilməsini istəmir. Bu səbədən də maliyyə ayıran şirkətlər qitə qurumuna turniri davam etdirmək üçün təzyiq edir.

 

UEFA Çempionlar Liqasının yerdə qalan oyunlarının 1 şəhərdə keçirilməsini istəyir. Belə halda koronavirus riski daha az olacaq. Qurum avqusta qədər turniri başa vurmaq fikrindədir.

Tarix: 8 Aprel [15:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2020
24  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio