Ümit Özat Azərbaycanda işləyə bilər

13:13 - 22 Aprel 2020

Bosniya və Herseqovinanın "Çelik" klubunun baş məşqçisi Ümit Özat Azərbaycanda işləyə bilər.

 

Sportal.az xəbər verir ki, bir müddət əvvəl adı "Sabah"la hallanan türk mütəxəssis hələ də Azərbaycandan təklifi olduğunu söyləyib:

 

"Karyeramı Türkiyədə və ya qonşu ölkələrdən birində davam etdirə bilərəm. Koronavirus yayılmamışdan əvvəl Azərbaycan və İrana yollanmış, oradakı komandalarla danışığım olmuşdu. Pandemiyaya görə bu məsələ donduruldu. Problem yoluna qoyulduqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Ola bilsin ki, karyeramı Azərbaycan və ya İranda davam etdirdim".

 

2019-cu ilin dekabrında "Çelik"ə baş məşqçi təyin edilən 43 yaşlı mütəxəssis işçi vizası ala bilmədiyi üçün klubdan ayrılacaq.

Xəbər xətti