Azərbaycan millisinin üzvləri karantini necə keçirir?

Azərbaycan millisinin bəzi üzvləri karantin günlərini necə keçirdikləri ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov vaxtını daha çox uşaqları ilə keçirdiyini söyləyib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".

 

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karantin günlərini necə keçirdiyi ilə bağlı bunları bildirib: "Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır - uşaqlarımla oynaya bilirəm".

 

"Zirə"nin qolkiperi Emil Balayev isə qida rasionuna xüsusi diqqət yetirdiyini vurğulayıb: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim".

 

"Sabah"ın hücumçusu Ramil Şeydayev də əsasən idman etdiyini, formasını qorumağa çalışdığını deyib: "Filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".

 

"Vulverhempton"un oyunçusu Renat Dadaşov isə bildirib ki, karantin günlərində məşq edir və ev işlərinin görülməsinə köməklik göstərir.

 

 

Tarix: 23 Aprel [16:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Avqust 2020
7  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio