Niderland klubları mövsümün ləğvinə etiraz edir

12:12 - 26 Aprel 2020

"AZ Alkmaar" Niderland Eredviziyasında mövsümün ləğv edilməsinə etiraz edib.

 

Sportal.az xəbər verir ki, lider "Ayaks"la eyni xala malik olan, ancaq top fərqinə görə 2-ci yerdə qərarlaşmış klub qərarın ədalətsiz olduğunu bəyan edib.

 

Avropa Liqasına yollanmayan "Utrext" və Erediviziyaya yüksəlməyən "Kambur" şikayətə hazırlaşdıqlarını açıqlayıb.

 

Qərara əsasən, mövsüm çempionatda indiki 18 klub mübarizə aparacaq. Avrokuboklara vəsiqələr hazırkı turnir cədvəlinə əsasən müəyyənləşib: lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci pillədəki “AZ Alkmar” ÇL-in 2-ci təsnifat mərhələsində, 3-cü yerdəki “Feyenoord”  Avropa Liqasının qrup mərhələsində, növbəti yerlərdəki PSV və “Villem II” isə AL-nin 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

 

Niderland kubokunun “Utrext” - "Feyenoord" finalı da ləğv edilib.

Xəbər xətti