Ulduz futbolçunun hesabından ən yaxın dostu 3 milyon avro oğurladı

Niderlandın PSV klubunun vingeri Brumanın kart hesabından böyük məbləğdə pul götürülüb.

 

Sportal.az xəbər verir ki, Qvineya-Bisau əsilli futbolçunun 3 milyon avrosunu onun ən yaxın dostu Du Qanso ələ keçirib.

 

Portuqaliya millisinin üzvü "Leyptsiq"də çıxış edərkən dostuna vəkalətlik verib. Du Qanso 2 il ərzində hesabdan pulu götürüb.

 

Fevral ayında villa almaq istəyən 25 yaşlı futbolçu vəziyyəti anlayıb və dostunu məhkəməyə verib.

Tarix: 28 Aprel [12:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio