PFL-dən Premyer Liqanın taleyi ilə bağlı açıqlama

"Premyer Liqanın bərpası ilə bağlı işlər Nazirlər Kabinetinin qərarına uyğun davam etdiriləcək".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın mümkün bərpasının təxirə düşməsi ilə bağlı danışarkən deyib.

 

Qurum rəsmisi bildirib ki, hələlik bununla bağlı yenilik yoxdur: "Bilirsiniz ki, karantin rejimi mayın 31-dək uzadılıb. Hələ ki son məlumat budur. Operativ Qərargahdan hər hansı yeni xəbər alsaq, rəhbərlik bizə nə isə desə, ictimaiyyətə informasiya veriləcək".

 

Milli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat verməlidirlər. A.Şahgəldiyev bununla bağlı qitə futbol qurumuna cavab verməyə tələsmədiklərini söyləyib: "Həmin tarixə 21 gün vaxt var. Bunu indidən niyə açıqlayaq ki? Açığı, hər hansı cavab da hazırlamamışıq. Çünki vaxtımız var. Həmin gün yetişəndə hansı qərar qəbul olunsa, məlumat veriləcək".

 

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Tarix: 4 May [23:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio