"Şehiç Türkiyənin ən güclü beş qapıçısından biridir"

18:18 - 6 May 2020

"Ərzurumspor"un baş məşqçisi Mehmet Özdilək komandanın qapıçısı İbrahim Şehiçin gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bosniyalı qolkiperin Türkiyənin ən güclü 5 qapıçısından biri olduğunu deyib:

 

"Şehiç Türkiyənin ən yaxşı 5 qapıçısından biridir. Oyun təcrübəsi, xarakteri və bacarığı yüksək səviyyədədir. O, Bosniya və Herseqovina yığmasında əsas qolkiperdir. Ondan çox məmnunuq. Ötən mövsüm Şehiçi çox klub istəmişdi, ancaq bizimlə qaldı. Yayda müqaviləsi bitir və necə olacağını birlikdə görəcəyik. İbrahim bəyəndiyim və çox xarakterli futbolçudur. İndiki durumda klubların və futbolçuların gələcəyi barədə dəqiq söz demək doğru olmaz".

 

31 yaşlı qolkiper 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti