Ralf Ranqnik "Milan"dan təklif alıb

"Leyptsiq"dəki işi ilə diqqət mərkəzində olan idman direktoru Ralf Ranqnik "Milan"la danışıq aparıb.

 

Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Bild"ə açıqlamasında bu barədə məlumat verib:

 

"Milan" rəsmiləri mənimlə əlaqə qurdu və baş məşqçi vəzifəsi ilə maraqlanıb-maraqlanmadığımı soruşdular. Onlara dedim ki, agentimlə danışın. Onlar agentimlə görüşüb. Bu söhbətdən sonra koronavirus bəlası gəldi və problemlər çıxdı. İtaliyada futbol mövsümü müəmmalıdır".

 

2006-2011-ci illərdə "Hoffenhaym"ı çalışdıran alman mütəxəssis bu komandanı həvəskar liqadan Bundesliqaya daşıyıb. Ranqnik daha sonra "Şalke" və "Leyptsiq"i çalışdırıb.

 

Tarix: 8 May [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio