"Milan"ın futbolçuları PSJ-nin hədəfində

15:36 - 12 May 2020

PSJ "Milan"ın futbolçuları - İsmayıl Bennaser və Lukas Paketa ilə maraqlanır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, Paris təmsilçisi hər iki oyunçunun keçidi üçün təklif göndərmək fikrindədir.

 

Paketa 2019-cu ildən "qırmızı-qaralar"da çıxış edir. 22 yaşlı braziliyalı yarımmüdafiəçi bu mövsüm 19 oyunda 1 assist edib.

 

Bennaser də 2019-cu ildən “rossonerilər”də oynayır. 22 yaşlı əlcəzairli yarımmüdafiəçi bu mövsüm 23 oyunda 1 assist edib.

Xəbər xətti