Fərid Nəbiyev "Yablonets"ə qarşı oynadı

11:32 - 14 May 2020

Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Çex Respublikasının "Viktoriya Jijkov" klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, 2-ci liqa təmsilçisi "Yablonets"ə 2:0 hesabı ilə qalib gəlib.

 

Komandalar gün ərzində fərqli heyətlərlə iki dəfə üz-üzə gəlib. Fərid ilk oyunun iştiraçısı olub. Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi sonadək oynayıb.

 

Fəridin iştirak etmədiyi digər qarşılaşmada da isə "Yablonets" eyni hesabla qalib gəlib.

Xəbər xətti