Lautaro Martinesin "Barselona" arzusu

14:22 - 14 May 2020

İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines "Mançester Siti" və PSJ-nin marağına isti yanaşmır.

 

Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, 22 yaşlı hücumçu bu klublara potensial keçidi ilə maraqlanmır və o, "Barselona"ya keçməyə istəklidir.

 

Lautaronun Milan təmsilçisinin rəhbərliyinə bu barədə fikrini çatdırdığı bildirilir. Nəşrin məlumatına görə, "Barselona" Martinesin transferi üzərində çalışır. Məlumata görə, katalonlar Argentina millisinin üzvünə start heyətdə oynamağa vəd verib.

 

Lautaro Martines bu mövsüm "göy-qara" formada 31 oyunda 16 qol vurub, 4 assist edib. Futbolçunun sərbəst qalma qiyməti 111 milyon avrodur.

 

Xəbər xətti