İngiltərənin 4-cü divizionunda mövsüm ləğv edildi

11:37 - 16 May 2020

İngiltərənin səviyyəcə 4-cü divizionunda (League Two) 2019/2020 mövsümü ləğv edilib.

 

Sportal.az xəbər verir ki, federasiya koronavirus pandemiyasına görə belə qərar qəbul edib. 3-cü liqaya yüksələcək, aşağı diviziona düşəcək komandalarla bağlı qərar növbəti həftə açıqlanacaq. Bununla bağlı qərar turnir cədvəlində hazırkı vəziyyətə görə verilə bilər.

 

Növbəti həftə 3-cü divizion (League One) ilə bağlı da eyni qərarın veriləcəyi ehtimal olunur.

 

İngiltərədə liqalar martın 13-də dayandırılıb.

Xəbər xətti